Biznes və yaşayış məkanlarınız üçün peşəkar dizayn, fasad və mebel həlləri
Şirkətimiz 2012 ci ildən bu yana müasir standartlara uyğun dекorativ fasad, fasadların istilik izolyasiyası, interyer və eksteryer dizaynı, həmçinin fərdi dizayna uyğun mebel hazırlanması və montajı üzrə kompleks xidmətlər təqdim edir.
Hər bir layihəmiz funksionallıq, estetika və uzunömürlülük prinsipinə əsaslanır. Peşəkar dizaynerlər, mühəndislər və ustalardan ibarət komandamız, müştərilərimizə həm göz oxşayan, həm də praktik həllər təqdim edir.
Dekorativ Fasad — Binanızın və ya fərdi yaşayış evinizin üzü və vizual imici
Biz müxtəlif növ dekorativ fasad sistemlərinin qurulması ilə məşğuluq:
- Ventilyasiya olunan fasadlar
- HPL panellər
- Kompozit panellər
- Dekorativ suvaq
- 3D fasad panelləri
Dekorativ fasad binanın xarici görünüşünü modernləşdirir, onu hava şəraitinə qarşı daha davamlı edir və enerji sərfiyyatını azaldır.
Fasadların İstilik İzolyasiyası — Enerjiyə qənaət və komfort
Müasir izolyasiya texnologiyaları ilə fasadların istilik qorunması xidmətlərini təqdim edirik:
- Mineral yun
- EPS (polistirol)
- Binalar üçün enerji qənaətli izolyasiya sistemləri
İzolyasiya sayəsində qışda istilik itkisi azalır, yayda isə əlavə sərinlik təmin olunur. Bu da enerji xərclərinin ciddi şəkildə azalmasına səbəb olur. Statistika onu göstərir ki, izolyasiya olunmuş fasadlı evlərdə istiliyə və sərinliyə qənaət 55-65% aralığında dəyişir.
Interyer Dizaynı — Estetik və funksional məkanlar
Interyer dizaynı üzrə xidmətlərimiz aşağıdakılardır:
- Ev interyerləri
- Ofis və iş məkanları
- Ticarət obyektləri
- Aptek dizaynı və mebel konsepti
- Kafe və restoran interyerləri
- Şouroom və mağaza planlaması
Hər layihə üçün fərdi konsept hazırlayırıq, 3D vizuallar təqdim edirik və uyğun material seçimini edirik.
Rəbrendinq və vizual yenilənmə
Biznesinizin daha müasir və cəlbedici görünməsi üçün tam rəbrendinq paketləri təklif edirik:
- Fasadın yenilənməsi
- Interyerin tam modernləşdirilməsi
- Brend zonalarının dizaynı
- Loqo və korporativ stil hazırlanması
- Smart TV reklam paneli və vitrin dizaynı
- Müasir həllər, rahatlıq və imic.
Brendlik müştərinin diqqətini cəlb edir, inamı artırır və satışları yüksəldir.
Fərdi Dizayna uyğun Mebel Hazırlanması
Şirkətimizin öz mebel istehsalı var və biz fərdi dizayna uyğun bütün növ mebelləri hazırlayırıq:
- Aptek mebeli
- Ticarət vitrinləri
- Kassalar
- Ofis mebeli
- Mətbəx mebeli
- Kafe və restoran mebeli
- Korporativ və xüsusi layihələr üçün mebel
Mebel istehsalında MDF, HPL, ağac və yüksək keyfiyyətli metal konstruksiyalardan istifadə olunur.
Niyə məhz bizi seçirlər?
- 12+ illik peşəkar təcrübə
- Fərdi yanaşma və mükəmməl dizayn
- Tam xidmət paketi: dizayn + istehsal + montaj
- Keyfiyyətli materiallar və uzunömürlü konstruksiyalar
- Şəffaf qiymət siyasəti və dəqiq smeta
- Sürətli və peşəkar icra
- Məhsul və işlərə zəmanət
Biz sizin məkanınızı daha modern, funksional və cəlbedici edirik — biznesinizi inkişaf etdirmək üçün güclü vizual baza yaradırıq.
