
Xoş gəlmisiniz!
Peşəkar komandamızla sizinləyik!
Əməkdaşlarınızın təlim və sertifikasiyası, biznesinizin strategiyasının hazırlanması, mühasibat işləri, audit, marketinq, reklam, kuryer xidmətləri, CRM xidmətləri, BULK sms, bazar analizi, qiymətləndirmə, informasiya təhlükəsizliyi, motivasiya proqramlarının yaradılması və s.
Xidmətlərimiz
İnnovativ həllər və peşəkar dəstək göstərməklə biznesinizin böyüməsinə dəstək olaraq – ölkəmizin inkişafına tövhə veririk.
İnformasiya təhlükəsizliyi və İT dəstək
İnformasiya təhlükəsizlik sisteminin yaradılması, auditi və İT dəstək.
Pərakəndə satış və bonus sisteminin qurulması
Satış komandasının A-dan Z-yə qurulması və auditi.
ERP sistemləri
Odoo rəsmi tərəfdaşı. İR, Mühasibat, CRM, anbar, hesabatlılıq, Pos qurğuları, miqrasiya xidməti və s.
Özəl Bağça Konsepsiyasının Qurulması
Yeni bağçanın açılması və mövcudun auditi.
Texniki işlərin təmini
Reklam lövhələrinin və fasadların təmizləmə işlərinin aparılması, kimyəvi təmizləmə.
Tikinti və təmir işləri
Brendləşmə, Layihələndirmə, isti fasad, dekorativ fasad.
Sertifikasiya proqramı
Biznes sahəsinə uyğun təlimlərin keçirilməsi, əməkdaşların sertifikatlaşdırılması və yoxlanışı.

Bizim Komandamıza qoşulmaq istəyirsiniz və ya 100+ partnyorlarımızla fərqli sahələrdə çalışmaq istəyirsinizsə CV-nizi bizə göndərin!

Haqqımızda…
Biznes Konsaltinq şirkəti olaraq, müştərilərimizin uğurunu təmin etmək üçün geniş spektrli konsaltinq xidmətləri təqdim edirik. Peşəkar komandamızın dərin təcrübəsi və bilikləri sayəsində, biznesinizin strateji hədəflərinə çatmasına kömək edirik.
Missiyamız: İnnovativ həllər və peşəkar dəstək göstərməklə biznesinizin böyüməsinə dəstək olaraq – ölkəmizin inkişafına tövhə veririk.
Dəyərlərimiz:
- Peşəkarlıq: Hər bir layihəyə yüksək səviyyədə diqqət və məsuliyyətlə yanaşırıq.
- İnnovasiya: Yenilikçi yanaşmalarla müştərilərimizə fərqli perspektivlər təqdim edirik.
- Etibarlılıq: Uzunmüddətli əməkdaşlığa əsaslanan güvən qururuq.
Əgər sizin də biznesinizin inkişafı üçün peşəkar dəstəyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlayın. Birlikdə uğura doğru addımlayaq!
Uğurlu biznes təsadüf deyil. Doğru məsləhət – düzgün nəticə deməkdir. BConsult.az ilə biznesinizi bir addım irəli aparın!
Komandamızın Sizə müraciəti:
«Uğurlu biznes təsadüf deyil – o, düzgün düşünən və qərar verən sahibkarlarla formalaşır.»
Biznesin böyüməsi sadəcə rəqəmlərdən ibarət deyil. Bu, strateji düşüncə, çevik qərarlar və güclü komanda ruhunun nəticəsidir.
BConsult.az olaraq biz sizi bu yolda tək buraxmırıq – istər startap, istər inkişaf mərhələsində olan sahibkar və ya inkişaf etmiş biznes sahibi olun, sizinlə birlikdə düşünür, analiz edir və davamlı inkişaf üçün etibarlı planlar qururuq.
🔹 Strateji yönləndirmə
🔹 Hüquqi və maliyyə təhlili
🔹 Satış və idarəetmə konsaltinqi
🔹 Rəqəmsallaşma və effektivlik
